Xalq artisti Fatma Mahmudova "Xəzər axşamı" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi proqramda ona paxıllıq edən insanlardan danışıb:
"Əgər sənətim varsa, şəxsən ona, istedadıma, işimə arxayınam. Heç kimə paxıllığım yoxdur. Amma bu paxıl insanlar bunu nə vaxt tərgidəcək bilmirəm. Buradan məni öpür, o tərəfdən də deyir ki, bunu buraya niyə çağırmısan? Bu şeylərin axırı yoxdur" deyə, aktrisa bildirib.