Müğənni Elnarə Xəlilova izləyicilərinin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, ifaçı paylaşım edərək "Gəlin, maraqlı ilkə imza ataq. Fərz edək ki, siz jurnalistsiniz, və müsahibəyə gəlmişəm. Hər kəs öz sualını yazsın, mən də cavablandıracağam" sözlərini yazıb.
İstifadəçilərin ailə ilə bağlı suallarına Elnarə "Müğənni xanım üçün asan deyil uzun illər möhkəm ailəni qorusun. Bəzən güzəştə getməyi və səbrli olmağı bacarmaq lazımdır. Sosial şəbəkələrin tüğyan elədiyi bir dövrdə populyar olmağa nə var ki... Üzr istəyirəm ifadəmə görə, götür telefonu bir axmaq söz danış, hərəkət elə, mahnı oxu və yat, səhər dur artıq fenomensən. Ancaq evinin xanımı olmaq hər adama nəsib və qismət olmur. Olanda da bəzən onun dəyərini bilmirlər. Odur ki, hər əldə etdiyimizə şükür" cavabını verib.
Son günlər üzündə qırışlar olan ifaçı botokq etdirməməsinin səbəbiniaçıqladı:
"Mimik qırışlarım üçün kosmetoloqum hər zaman botoksdan istifadə edir. Sadəcə, indi yay fəslindəyik, bol günəşlənəcəyəm deyə, heç nə elətdirmirəm. Çünki eləməyin mənası yoxdur. Payızda Allah qoysa nə məsləhət olsa, onu da edəcəyik. Hərdən estetik etdirmək istəyirəm, amma hələ özümü saxlayıram. 50 yaşdan sonra etdirəcəyəm".
Xəlilova "Yenə uşaq istərdiniz" sualına "Əslində dördüncünü də istmirdik, amma oldu. Özümə də vaxt ayırmaq istəyirəm. Amma belə bir hal baş versə, gərək olsun. Çünki bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm. Bundan çox qorxuram" reaksiyasını verib.