Müğənni Gülay Zeynallı bahalı avtomobil sürməsini tənqid edənlərə cavab verib.
Sənətçi “Səhərin səsi” verilişində bu haqda danışıb.
“İşimdən razıyam, heç kimin çörəyini yemirəm. Heç kimin qazancı ilə həyatımızı başa vurmuruq. Yetərincə işim var. İşləyirəm, əziyyətimdir. İstəyərəm bu gün maşın sürmərəm təyyarə sürərəm. Bunun heç kimə aidiyyatı yoxdur” deyə, Gülay bildirib.