Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xoşqədəm Hidayətqızından ayrılıq xəbərlərini alt-üst edən paylaşım

Xoşqədəm Hidayətqızından ayrılıq xəbərlərini alt-üst edən paylaşım

Bir neçə gün əvvəl Türkiyə mətbuatında aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuşdan ayrılması ilə bağlı xəbərlər yayılıb. 

 

AZXEBER.COM xəbər verir ki, Hidayətqızı sosial şəbəkə paylaşımı ilə ayrılıq xəbərlərini alt-üst edib. Belə ki o, şəxsi instaqram hesabında əkiz övladları Arda və Arınla Doğuşun birlikdə olan şəklini payalaşaraq həyat yoldaşının ad gününü təbrik edib.

Aparıcı paylaşıma "Doğum günün mübarək olsun, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin, sevdiklərinin qürur mənbəyi olasan" sözlərini qeyd edib. 

 

Hidayətqızı bu təbriki ilə yayılan söz-söhbətlərə son qoyub. 

Qeyd edək ki, Doğuşla Xoşqədəm Hidayətqızı 9 il əvvəl evlənib. Onların əkiz oğulları var.