Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ailə qurub, övlad sahibi olmaq istəyirəm“ - Aysel

“Ailə qurub, övlad sahibi olmaq istəyirəm“ - Aysel

"Əsas evlənmək yox, sonrakı əziyyətlərdir. Gəl, evlənək sualı yox, sonrakı mərhələdir önəmli. Onu daşımaq lazımdır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Səhər mərkəzi" verilişində deyib. Ailə qurmaq istədiyini söyləyən ifaçı övlad sahibi olmaq istədiyini bildirib:

"Ailə qurub, övlad sahibi olmaq istəyirəm. İllərdir özümə bunu arzulayıram. Bir dəfə Elnurun (stilist Elnur Həsənov - red.) yanında dedim ki, bu il sizinlə qeyd edəcəyim sonuncu ad günümdür. Bitdi, ərə gedəcəyəm. Məqsədim var. O da qayıtdı ki, elə bizimlə keçirdəcəksən. Yenə qaldım. Bu il isə fərqli hiss keçirirəm, olacaq".