"Bəziləri kimi gündə kabinetlərdə oxuyub pul qazanmaqla məşğul deyiləm. Mən kabinetə yeyib-içməyə, pul xərcləməyə gedə bilərəm. Öz dəyərimi hər zaman bilmişəm. "Rəisim" mahnısını oxumaqla isə mənim həyatım dəyişdi".
Bu açıqlamanı model-müğənni Müjgan Ayxan dilə gətirib. Sənətçi deyir ki, aldığı qonorar çox yüksəkdir:
"Rəislərin ən əlamətdar günlərində ifaçı kimi səhnə almaq mənə kifayət edir. Vəzifəyə keçən zaman təşkil edilən yığıncaqlarda, rəislərin doğum günündə çıxış üçün aldığım qonorarı heç bəzi Xalq artistləri xəyal edə bilməz. 2 iyul da mənim günümdür. Həmin qonorarla lüks həyatımı, yaşamımı, tətilimi keçirirəm. Allah bütün rəislərimizi qorusun".