Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı ad günü münasibətiylə təbrik edib.
Müğənni L.Əliyeva, əkizləri Əli və Mikayıl, qızı Əminənin yer aldığı şəkli yayımlayaraq bunları yazıb:
"Leyla, ad günün mübarək. Verdiyin istiliyə, hər gün etdiyin yaxşılıqlara, və möhtəşəm övladlarımıza görə çox sağ ol. Xoşbəxt ol".
Qeyd edək ki, L.Əliyeva və E.Ağalarovun birlikdə nikahdan əkiz oğulları var.