Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kasıb oğlan müğənni ilə ailə qura bilməz" - Elgiz Əkbər

"Kasıb oğlan müğənni ilə ailə qura bilməz" - Elgiz Əkbər

"Kasıb müğənni ilə baş-başa gələ bilməz, yolları ayrılacaq".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz verilişində deyib. O bildirib ki, imkansız şəxs müğənni ilə ailəli ola bilməz:

"Müğənni kasıbla ailə qura bilməz. Yeyib-içdiyi burnundan gələcək. Müğənni xanım imkanlı bəy seçməlidir. Hələ görmədim ki, bir müğənni kasıba ərə getsin. Müğənninin əli pulla oynayır. Kişi də məcbur olacaq onun pulu ilə dolanacaq, bəzi məsələlərdə isə ağzını yummalı olacaq. İmkanlı isə yanına istədiyi adamları yığacaq, toya qoymayacaq. Müğənni ancaq böyük səhnələrdə yer alacaq".