Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu yaya “Dalğa Fest” damğa vuracaq - Röya, Miri Yusif, Hadise, Murat Boz

Bu yaya “Dalğa Fest” damğa vuracaq - Röya, Miri Yusif, Hadise, Murat Boz

Azərbaycanın və Qafqazin ən böyük istirahət mərkəzi olan "Dalğa Beach" yay mövsümünü daha da möhtəşəm etmək üçün "Dalğa Fest"ə start verir.  


"Dalğa Fest" çərçivəsində Azərbaycan və dünya ulduzları "Dalğa Beach"də konsertlər verəcək.  
 

"Dalğa Fest"də ilk konsert 15 iyulda baş tutacaq. Azərbaycanın xalq artisti Miri Yusif "Dalğa Fest"in ilk qonağı olacaq. Biletləri "Dalğa Beach"dən, iticket.az-dan və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Konsert 5 min nəfərlik geniş ərazidə baş tutacaq.

Biletlərin qiyməti 20 AZN-dən başlayır.   

 "Dalğa Fest"də yay mövsümü ərzində Miri Yusifdən sonra xalq artsti Röya Ayxan, Murad Boz, İnna, Hadisənin konserti baş tutacaq.   

Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.