Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" verilişində maraqlı açıqlam edib.
Aktrisa Azərbaycan toylarındakı bahalı tortları ərəb şeyxlərinin övladlarının ad günlərində hazırlatdığı tortlarla müqayisə edib.
O bildirib ki, bu adət məhz ərəb şeyxlərinin məclislərindən götürülüb.
Əməkdar artist daha sonra Azərbaycanda yoxsul insanların olmadığını vurğulayıb: "Kasıb ola bilər, o da öz günahındandır. Ola bilsin oxumur, işləmir. Kasıbdır və deyir elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur. Maşın bol, restoranlar dolu".