Türkiyənin super ulduzu Azərbaycana gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi Şəmkir rayonunun Şiştəpə kəndində təşkil olunan dəbdəbəli toy məclisində səhnə almaq üçün vətənimizə təşrif buyurub.
Lüks villada təşkil olunan toyda türkiyəli müğənni şəxsi ansamblı ilə birlikdə gəlib.
Ebru Gündeş toy başlamazdan öncə musiqiçiləri ilə səhnədə məşq edib.
Məclisin aparıcısı Leyla Quliyevadır. Toyda eyni zamanda Xalq artisti Röya Ayxan və Ramal İsrafilov da səhnə alıb.