Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ebrunu Şəmkirə gətirən iş adamı kimdir?

Ebrunu Şəmkirə gətirən iş adamı kimdir?

Məşhur türkiyəli müğənni Ebru Gündeş Şəmkirin Şiştəpə kəndində toyda iştirak edib. Tədbir şəxsi villada gerçəkləşib. Gecənin aparıcısı Leyla Quliyeva olub. Tədbirdə Xalq artisti Röya Ayxan, müğənni Ramal İsrafilov da yer alıb.

Manset.az xəbər verir ki, məclisi təşkil edən tanınmış iş adamı Aydın Musayevdir.

O, oğlu Raminin 3 övladına kiçik toy edib.

A. Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. Onun Şəmkir rayonunda xeyriyyəçiliklə də məşğul olduğu bildirilir. O, biznes aləmində “Məmməd” və “Axmed” ləqəbləri ilə tanınır.

Qeyd edək ki, bir neçə il öncə tanınmış iş adamının qardaşı Bayram Musayev öz oğlunun toyuna məşhur türkiyəli müğənni Mustafa Cecelini gətirmişdi. Həmin dəbdəbəli toy da sosial şəbəkələrdə gündəm olmuşdu.