"Space"də rəhbərlik dəyişsə də, kanalla bağlı narazılıqlar qalır.
News24.az xəbər verir ki, bu dəfə tanınmış aparıcı Zamirə Dadaşova telekanalın rəhbəri Vado Karovinin ünvanına sərt fikirlər səsləndirib:
"Mən bu gün dövlət başcısı İlham Əliyevə, hər zaman hüquqları ayaq altında qalan qadınların yanında olan Mehriban xanım Əliyevaya müraciət etməyə məcburam. “Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"nin baş redaktoru, deyilənə görə, Karovinin qohumu olan, üzünü görmədiyim Elnurənin özbaşnalıqlarından. Artıq necə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Hec bir səbəb olmadan aprelin 1-ı mənim müəllifi olduğum “Acıq söhbət” verilişini saat 21.00- a efirə salınmasına baxmayaraq, efirdən cıxardılar. Halbuki özlərinin razılığı ilə cəkiliş aparılmışdı. Aprelin 27- də mənə Vado Karovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Həmin sənədin şəklini də sizə təqdim edirəm. Hec bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Səbəbini anlamıram. Deyirəm, siz mənə Karovinin imzasıyla xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır. Hüquqşunasımız deyir işə gəlmədiyinə görə işdən azad edək. Belə daha dogrudur. Əlimizdə sübut da var ki, "face kontrol"dan kecməyib. Kadrlar şöbəsinin müdiri deyir ki, mən onların sözündən cıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəyıikdir də "Space" də yəqin... Mənim əlimdə olan sənəd bəs? Karovin, sübut deyil? Bütün nəslin deyilənə görə orda işləyir. İşçilər qızının, kürəkəninin adıni da hallandırırlar. Fətiyevlər də üc qardaş ( Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".
Aparıcı məsələ ilə bağlı lazımi instansiyalara müraciət edəcəyini də vurğulayıb:
"Karovin, Sevil xanım Əliyeva sizə "Space" etibar etməyib ki, ətrafına qohumlarını, dostlarını yığıb özbaşnalıq edib, işciləri incidəsən. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbi ilə oynayasan. Yəqin ki, baş verənlərdən onun xəbəri yoxdur. Əmək haqqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsunuz. Məndə səs yazıları, yazışmalar var. Ehtiyac olsa, lazımı orqanlara onları da təqdim edərəm. Hələ ki, sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Özbaşınasız? Bilmirsiniz, bu ölkənin qanunları var? Bilmirsiz sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu, mənim əmək haqqı almamağına gətirib cıxarır? Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək".
Qeyd edilənlərlə bağlı "Space" TV rəhbərliyinin mövqeyini işıqlandırmağa hazırıq.