Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.
Bu barədə Gununsesi.info məlumat yayıb.
Bildirilib ki, bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.
Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.
Aparıcının yerləşdirildiyi xəstəxananın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samir Oruc onun səhhəti ilə bağlı açıqlama verib.
“Ötən gün anidən halı pisləşən Natəvan xanım Liv Bona Dea Hospitalına yerləşdirilib. Artıq vəziyyəti stabildir, özünü yaxşı hiss edir. Maraqlanan, dəstək olanlara təşəkkür edirik”, - xəstəxana rəsmisi bildirib.