Müğənni Luna Qusarda gözlənilməz hadisə ilə qarşılaşıb.
SHOWNEWS.AZ-a danışan ifaçı iddia edir ki, bir müddət öncə Qusarda təşkil olunan dövlət tədbirinə Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini tərəfindən çıxış etmək üçün dəvət olunsa da, konsertdə səhnə almağa ona icazə verməyiblər. Luna iddia edir ki, buna səbəb onun şəhid övladları üçün apardığı hədiyyələr olub:
"Doğma Qusarımda çıxış etmək mənim üçün fəxrdir. Yerlilərim məni çox sevir. Elə konsertə getməyim səbəbi ilə Qusarımın şəhid övladları üçün hədiyyələr də aldım. Çünki hər dəfə Qusara gedəndə həm Qusar şəhidlərinin qəbirlərini ziyarət edirəm, həm də bacardığım qədər ailələrinə baş çəkirəm. Çünki bu mənim vətəndaş borcumdur. Bunu Qusar camaatı yaxşı bilir. Yaşadığım hadisə isə mənə şok yaşatdı".
Luna iddia edir ki, qalmaqala və rəzilliyin səbəbi konsertin təşkilatçısıdır:
"Utanmadan arxamca deyib ki, "Luna lüt gəldiyi üçün onu səhnəyə buraxmadıq". Ayıb deyil? Mən Qusarda böyüyüb başa çatmışam. Mən heç Bakıda açıq-saçıq geyinmirəm, o ki ola rayon yerində. Mən düşüncəsiz deyiləm ki, şəhid övlarının qarşısına lüt çıxım. Mən hər zaman geyimimi, danışığımı, hərəkətimi və yerimi bilən xanımam. O təşkilatçıya ayıb olsun. Mən onu Allaha tapşırıram. Etdiyi əmələ görə Allah qarşısında nə cavab verəcək? Mən o konsertdə çıxış etməsəm də, sonradan şəhid övladları ilə də özüm görüşdüm, hətta əsgərlərimiz üçün konsert də verdim. Qoy pislik elə sizə qalsın".