Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ülvira Qarayevanın qızı Atatürk Universitetinin məzunu oldu

Ülvira Qarayevanın qızı Atatürk Universitetinin məzunu oldu

Tanınmış aparıcı Ülvira Qarayeva sosial mediada paylaşım edib.

Aparıcı "instagram" hesabında həkim qızı Zeynəbin məzun fotolarını paylaşıb. O, fotolara bu sözləri əlavə edib:

"Mən bu günü 7 il gözlədim. İyunun 22-də qızım Atatürk universitetinin tibb fakültəsindən məzun oldu. Məzuniyyət mərasimində hər məzunu adbaad çağırıb, diplomlarını verdilər. Valideynlər qürurlu, məzunlar sevincli idi - əziyyətlərinin bəhrəsini gördülər. Çox çətin yol gəldi qızım öz dostları ilə bərabər, dərslər çox ağır, müəllimlər həm əzazil, həm mərhəmətli. Atatürk universitetinin diplomu çox güclüdür, İngiltərəyə qədər tanınır. Deyirlər, Atatürk Universiteti İstanbulda olsaydı, Hacettepe ilə yarışardı. Qızlarınızı oxudun, oxudun, mütləq oxusun! Ali təhsil vacib deyil, qazandıran peşələri olmalıdır, mütləq. Qızlarımız halal zəhmətlə pul qazansın, özlərinə arxayın, özgüvənli olsunlar, həyatdan qorxmasınlar, ayaq üstə dik dursunlar. Bütün gənclərin yolları açıq olsun."

Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib.

Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır.