"Uşaqlığıma qayıtdım, yanımda Selena və mən qəribə hisslər keçirirdim. Mən də uşaq olmaq istəyirdim. Həm təhsil aldığım orta məktəbi, həm də musiqi məktəbimi kənardan izləmək üçün getdim".
Bu sözləri müğənni Ayan babakişiyeva sosial şəbəkə hesabında yazıb. Gəncədə təhsil aldığı məktəbə yollanan sənətçi kövrəldiyini deyib:
"Ən çətin və xoş günümdə belə özümü doğulduğum torpaqda, Gəncəmdə hüzurlu hiss edirəm. Bilirsiniz niyə? Çünki o vaxtlar qayğı olsa belə, çox məsum idim. Bəlkə indiki zamanda bilmədən günah etmişəm, dəyər verdiyim insanların qəlbini qırmışam. Düşünürəm ki, elə böyüməyin də adı budur. Heç kim mələk deyil, günahsız insan da yoxdur. Sadəcə, hər zaman dediyim bir söz var: Heç kimi bilib-bilmədən qınamayın. Bilmirik, biz onun yerində olsaydıq bəlkə daha çox pisliklər edib, önə gedərdik, ya da ki, daha çox insalara qarşı vicdansız və mərhəmətsiz olardıq... Yaşayın, sevin həyatınızı, ən çox da özünüzü sevin, özünüzə dəyər verin ki, sizi də sevib dəyərli bilsinlər".