"Cavanşir Məmmədov və qızı Xatirə mövzunun yığışdırılmasını istədilər. Razılaşmadım. Nəvəsini araya qatdılar ki, ailə qurmağa hazırlaşır, psixologiyası pozulur. Qərara aldım ki, qızı və nəvəsinin adı yığışdıralacaq. Olduğumuz otaqda səs və video yazı olacaq. Nəzərə alsaq ki, Əməkdar artistdir, toya hazırlaşırsınız...".
Bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib. O, Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqaldan danışıb. Aparıcı bildirib ki, müğənni məsələni bağlamaq üçün ona tapşırıq verib:
"Gəlir cinayətkar, dələduz deyir. Göstər mənə harada yazılıb? Mənə deyir ki, sənin dövlətin filankəslərə Xalq artisti adı verir, mənə yox. Ona deyirəm ki, sən bu dövlətin vətəndaşı deyilsən? Əməkdar artist olmağını da bu ölkəyə borclusan.
Məsələnin uzanmasına səbəb Cavanşir Məmmədovun atdığı səs yazılarıdır. Bu gün isə Mustafa yalan dedektoruna bağlanacaq və cavablar sabah açıqlanacaq".
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.