Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

1 milyon dollar pulu, qızılları oğurlandı - XƏBƏRİ OLMADI

1 milyon dollar pulu, qızılları oğurlandı - XƏBƏRİ OLMADI

Dünyaca məşhur ulduz Beyonsun anası, modelyer olan Tina Noulsun evinə oğru girib. 

İçərisində 1 milyon dollardan çox pul və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb

Məlumata görə, oğurluq Noulsun Los-Ancelesdə baş verib. 

Hadisə Noulsun komandasının üzvünün seyfin yerində olmadığı gördükdən sonra üzə çıxıb. Oğruların evə girərək seyfi necə oğurladıqları hələlik bəlli deyil.

Qeyd edək ki, modelyer Tina Nouls "House of Dereon" və "Miss Tina by Tina Knowles" brendləri ilə tanınır. Noulsun sərvəti 25 milyon dollar qiymətləndirilir.