Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində ilk dəfə həyat yoldaşı, müğənni Doğuşla haqlarında çıxan ayrılıq xəbərlərindən söhbət açıb.
X. Hidayətqızı mövzu ilə bağlı başına gələn hadisədən danışıb:
"Bütün sahib olduqlarımı Allahıma və tamaşaçılarıma borcluyam. Ailəmlə bağlı balaca xəbər çıxmışdı. Bunu sizə izah edə bilmirəm, insanların göz yaşı, mesajları, mənə sevgi dolu gələn zənglər...
Keçən gün ziyarətə getmişdim. Üzümü elə bürümüşdüm ki, məni tanımırdılar. Bir qadın səsimdən məni tanıdı. Ay Xoşqədəm deyib, məni qucaqladı. Yanında da 7-8 nəfər. Birdən baxdı ki, Doğuş bəylə uşaqlar da yanımdadır. Özünü itirdi. Mənə söylədi ki, "Bəlkə də inanmayacaqsınız, elə bir xəbər oxumuşdum. Niyyət etmişdim ki, bu xəbər yalan çıxsa, gəlib ziyarət edəcəyəm. Bu gün də həmni ziyarət üçün buradayam". Allah necə edib ki, o mənimlə ziyarətdə üz-üzə gəlib".