"Bizim camiyədə tamaşaçının sənətçi ilə işi yoxdur. Yeke qazandır, çömçəsi və qarışdıranı var".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Həmin Zaur" verilişində deyib. İfaçı bəzilərinin onu hörmətdən salmağa çalışdığını biildirib:
"Aynur bir az artıq çörək qazanıb ailəsinə baxan kimi deyirlər ona nəcə pislik edək ki, gözdən salaq. Oturub ailəm haqda danışırlar. Bir anam və iki uşağımdır, kim qalıb ki? Hər kəsin borcudur ailəsinə baxsın. Məni hörmətdən salmaq üçün pis sözlər deyirlər. Amma mən susmağa çalışıram. Heç kimə pislik arzulamıram. Mənə edirlər və susuram".