Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Hesabınız 100 AZN -dirsə, 25 AZN Niyama xərcləmək istəmirsiniz?" - TƏNQİDLƏRƏ CAVAB VERDİ

“Hesabınız 100 AZN -dirsə, 25 AZN Niyama xərcləmək istəmirsiniz?" - TƏNQİDLƏRƏ CAVAB VERDİ

Müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olmuşdu.

Axşam.az xəbər verir ki, Niyam məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə restoranında belə cavab verib:

"Buraya gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansambl ilə canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?".