"Çemodanlar qalıb evdə. 2 həftədir bizi ələ salır. Sabah deyə-deyə dolandırıcılıqla məşğuldur. Pulumuzu alıb yeyib, otelin pulunu ödəməyib. Nə yaxşı ki, ödənişin olunub-olunmaması ilə oteldən zəng edib məlumat aldım. Yoxsa anam gedib qalacaqdı küçədə. Ayıb deyil? Kimin xoşuna gələr anasını tətilə göndərsin və sonra məlum oçsun ki, ödəniş olunmadığı üçün otel müştərini qalmağa icazə vermir və anam qalır çöldə? Bu hansı insanlığa sığar? Ödəməməsi bir yana, heç demirdə ki, getməsin. Ödəniş olunmayıb. Bu Allahsızlıqdır!".
Bu açıqlamanı müğənni Nicat SHOWNEWS.AZ-a edib. Sənətçi məşhur "Nilay Travel" turizm şirkətindən şikayətçidir. Nicat deyir ki, aylar öncə "Qalaaltı" hoteldə anası və xalası üçün yay aylarında tətil etmələri üçün "Nilay Travel"ə ödəniş etsə də, məlum olub ki, şirkət rəhbəri pulları yeyib və hotelin ödənişini etməyib. Nicat deyir ki, bu həftənin əvvəli mənə söz verdi ki, 15 iyul tarixində otelə gedə biləcəyik. Amma indi öyrənirəm ki, bu da yalan imiş:
"Aylar öncə ödəniş etdim. Hətta öz səhifəm də reklam edirdim. Əminəm həmin şirkətin tək qurbanı mən deyiləm. Polisə şikayət edib, pislik etmək istəmirəm. Sadəcə istəyirəm ki, bir də mənim kimi aldanan olmasın".