Türkiyəli müğənni Orxan Gəncəbay xəstəxanaya yerləşdirilib.
Buna səbəb ifaçının yaxtadan düşərkən yıxılaraq yaralanması olub. Belə ki, Gəncəbay həyat yoldaşı Sevim Emre ilə Anadoluhisarıdakı restoranlardan birində yemək yedikdən sonra yaxta ilə Balta limanındakı malikanəsinə qayıtmaq istəyib.
Gəncəbay ona qayıqdan düşməyə yardımçı olan işçiyə əlini uzadıb. Lakin bu zaman müğənni tarazlığını itirib və kürəyi üstə beton döşəməyə yıxılıb. Şiddətli ağrıları olan ifaçı təcili xəstəxanaya yerləşdirilib. Xəstəxandan verilən məlumata görə, Gəncəbay düşməsi ilə əlaqədər əzilsə də, bədənində hər hansı sınıq və çat yoxdur.
İfaçı hadisə ilə bağlı açıqlamasında "Çox şükür yaxşıyam, ağır qəza idi, Allah məni qorudu" deyə, söyləyib.
Gəncəbay və Sevim bu səbəbdən Bodruma tətilə getmə planlarını ləğv ediblər.