Bloger cütlük Nagehan və Fərid Abdullayev ayrılıb.
Axşam.az-ın məlumatına görə, Nagehan bunla bağlı söz-söhbətə son qoyub. O bildirib ki, boşanmaq üçün məhkəməyə müraciət edib.
Nagehan sosial şəbəkədə soyadını dəyişməməsi haqda suallara isə "Artıq bu məsələ bağlansın. Xahiş edirəm, heç nə yazmayın. Son dəfə deyirəm, bitdi. Bir daha da olmayacaq. Hesabım mavi işarəlidir. İtədiyim kimi ad, soyad dəyişdirə bilmirəm. Müraciət etdim, ən qısa zamanda dəyişəcək" cavabını verib.
Nagehan canlı yayımda olarkən ayrıldıqdan sonra övladlarının onunla qalacağını, xaricdə yaşayan anasının yanına gedəcəyini əlavə edib.
Qeyd edək ki, Fərid və Nagehanın iki övladı var. Cütlük Türkiyədə evlilik proqramında tanış olub, ailə qurmuşdu.