Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ürəyimdən bıçaqlandım, həbsxanada ziyarət edənim olmadı” - Doğuş

“Ürəyimdən bıçaqlandım, həbsxanada ziyarət edənim olmadı” - Doğuş

Türkiyəli müğənni Doğuş son açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı "Axşam yıldızı" proqramında qonaq olub. O bildirib ki, övladlarına mahnılarını miras qoyub:

"Star yalnız səhnədə ulduz olmalıdır. Normal həyatda ulduz kimi yaşayarsa, ünsiyyət problemi olar, psixoloji problemləri yaranar və dərman atmaq məcburiyyətində qalar. Star olmaq yalnızlıqdır. Heç bir ulduz da yan-yana gəlməz. 

Hazırda əlimdə minlərlə əsərim var. Onlar övladlarıma mirasımdır. Önəmli deyil, məndən sonra onlar oxuyar. Arda ifa edər. Bir az özümü geri çəkdim. Bunu bilərək etdim. Buna səbəb Azərbaycana gedişim oldu. Bir az uşaqlarımla vaxt keçirtmək istəyirəm. Ailə müqəddəsdir".

Doğuş həyatının film olacağını açıqlayıb:

"2 yerdən təklif aldım. Bir az gözləyin dedim. Özüm də səbirsizlənirəm, amma bir az da gözləmək lazımdır. Uşaqlığımı oğullarım canlandıra bilər. Çox guman ki, Arda olar. İlk səhnəyə çıxdığım vaxtları isə Reynmen oynaya bilər. Məncə o, bu təklifi qəbul edər. Filmi qəbullanmaq insanların öhdəsinə qalacaq. Çünki yaşadıqlarım normal deyildi. 14 yaşımda ürəyimdən bıçaqlanmaq belə olub... Məncə, izləyici bunu görmək istəyər. Bir də mən yaşadıqlarımın 100 faizini yazmamışam. Kitabımda 10 faiz məlumat var ki, bu belə bəs etdi.

Ürəyimdən bıçaqlanmaq mənim üçün önəmli deyildi, mənə təsir edən həbsxanada olarkən ziyarətimə heç kimin gəlməməyi idi. Yalnızlığım oğullarıma qədər davam edirdi. İndi onların gözünə baxmağım kifayət edir, cənnəti görürəm". 

Doğuş aparıcının "Əsl adınız Orxan Baltacıdır. Niyə adınızı dəyişdiniz?" sualına isə belə cavab verib:

"Yenidən doğa bilmək üçün. 18 yaşımdan bəri Doğuşdur. Çox uğursuz dövrüm olduğu üçün Orxan adını sevmirəm. Bir oğlum daha olsa, adını Orxan qoymaram, o dərəcədə".