Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röyanın "Dalğa Fest"də möhtəşəm açıq hava konserti baş tutacaq

Röyanın "Dalğa Fest"də möhtəşəm açıq hava konserti baş tutacaq

Azərbaycanın və Qafqazin ən böyük istirahət mərkəzi olan "Dalğa Beach"də bu il start verilən və böyük maraqla qarşılanan "Dalğa Fest" davam edir. 

Yay mövsümünü daha da möhtəşəm və rəngarəng etmək üçün Azərbaycan və dünya ulduzlarının "Dalğa Beach"də konsertləri olacaq.

 

21 iyul tarixində isə xalq artisti Röya "Dalğa fest"in qonağı olacaq. Müğənni ən sevilən mahnılarını "Dalğa Fest" izləyəciləri üçün ifa edəcək. 

Biletləri "Dalğa Beach"dən, iticket.az-dan və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Konsert 5 min nəfərlik geniş ərazidə baş tutacaq.

Biletlərin qiyməti 25 AZN-dən başlayır. 

"Dalğa Fest"də bundan öncə xalq artisti Miri Yusifin konserti baş tutub. Bundan sonra isə 5 avqust tarixində Murat Boz, 19 avqustda İnna, 26 avqustda isə Hadisənin konserti olacaq. 

Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.