Tanınmış türkiyəli jurnalist Fulya Öztürk Məkkəyə gedib.
O, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.
Öztürk Məkkədə çəkilmiş fotosuna “Rəbbim mənə də nəsib etdi. Məkkə bu an...” sözlərini yazıb.
Qeyd edək ki, Fulya Öztürk Türkiyədə xəbər aparıcısı kimi tanınır. O, həmçinin Azərbaycanda Vətən müharibəsi zamanı Ermənistanın mülki insanlara qarşı törətdiyi qətliamların işıqlandırılmasında yaxından iştirak edib.