Azərbaycanın bir nömrəli sosial şəbəkə fenomeni Bayram Nurlunun yay tətili davam edir.
Bu dəfə Bayram tətil üçün Bodrumun lüks otellərindən birini seçib. Amma Bayramı narahat edən türk maqazin proqramlarının müxbirləridir:
"Tətilə sevgilimlə və dostum Rəşadla gəlmişik. Sevgilimlə rahat vaxt keçirmək istəyirəm. Amma maqazin müxbirləri aman vermir. Nömrəmi hardan tapıblar bilmirəm. Elə sevgilimlə ikilikdə vaxt keçirmək istəyirik ki, zəng gəlir. Artıq onunla küçəyə çıxmağa da qorxuram. Bircə o qalıb ki, mühafizə ilə gəzim. Rəşad Allah şahididir".
Bayram tətil üçün ayırdığı məbləği də açıqlayıb:
"Bilirsiz ki, mənim elə həyatım tətillərdə keçir. Hərdən tətil etməkdən yorulub Qaxda dincəlirəm. Bu dəfə tətilimə elə də çox yox, təxminən 30 min ayırmışam. Amma əminəm sevgilim icazə verməyəcək. Pullarım cibimdə qalacaq".