Xəbər verdiyimiz kimi, məşhur aşpaz CZN Burak kimi tanınan Burak Özdemir atası tərəfindən aldadıldığını iddia edərək onu məhkəməyə verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, oğlunun şikayəti ilə bağlı danışan ata "zəlzələ bölgəsində həmişə reklamlar üçün yardım edib, ürəyincə olmayıb" deyərək dələduzluq iddiasını təkzib edib.
İddialardan sonra Burakın atası İsmail Özdemir "Kanal D" xəbərə danışaraq oğlunu bu hərəkətinə görə qınayıb.
Fırıldaqçılıq iddiasını qətiyyətlə təkzib edən Özdəmir, "Bunun fırıldaqla heç bir əlaqəsi yoxdur. Zəlzələ bölgəsində həmişə reklam üçün yardım edib, ürəyindən də getməyib. Anasının genini alıb atasına düşmənçilik edir. Sosial mediasını da mən təmin etmişdim, 2 il əvvələ qədər Burak deyə bir şey yox idi", - deyib.
Qeyd edək ki, xaricdə müxtəlif yerlərdə məkanlar tapan CZN Burak qarajında ən son model avtomobilləri sataraq ilk məkanını İstanbulda açacağını bildirib.
Burak Özdəmirin anası Didem Bozbura da İstanbul Universiteti İstanbul Tibb Fakültəsində rüşvət aldığı iddiası ilə mühakimə olunub. Bozbura "hədə-qorxu ilə pul tələb etmək” (yalan danışmaq, dövlət vəzifəsində dələduzluq etmək) ittihamı ilə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.