Aparıcı Mətanət Əliverdiyeva insanların məzarlıqda şəkil çəkdirərək sosial şəbəkədə paylaşmasına münasibət bildirib.
Axşam.az xəbər verir ki, o, bu barədə "Xəzər axşamı" proqramında danışıb. Aparıcı bunu doğru hesab etmədiyini vurğulayıb:
"Qəbiristanlığa valideynlərini ziyarətə gedirlər. Arxada qəbir daşı, selfi edirlər. Yazırlar ki, anamı ziyarət etdim. Kimə lazımdır bu? Valideynlərinin məzarını selfi üçün ziyarət edirsən? Bu mənə çatmır".