"Hər kəs mənə bu sualı verirdi: Cavanşir Məmmədovla Mustafa İbili məsələsinin sonu necə oldu? Cavab verirdim ki, birinci günü gözləyək. Bilirdim ki, bu gün hökm oxunacaq. Vəkilimiz orada idi".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib. O, Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbili arasında olan məhkəmə prosesindən danışıb.
Aparıcı bildirib ki, C.Məmmədovun məhkəmə qərarını əvvəlcədən bilməsi ona müəmmalı olub:
"Mənim məhkəmənin həftənin birinci günü olacağını bildiyim kimi, Cavanşir Məmmədov da məhkəmənin necə sonlanacağına əmin idi. Adam hər şeyi bilirdi. Dayanmadan deyirdi: baxarsan, elə məhkəmə zalında həbs olunacaq. Hər şeyi detallı şərh edirdi. Əmin oldum ki, Cavanşir Məmmədov sadəcə yaxşı müğənni deyil, həm də altıncı hissi çox güclüdür.
Adam əminliklə bir neçə gün əvvəl baş verən hadisələrin proqnozunu verdi. Adam dediyi kimi oldu. Mustafanı elə məhkəmə zalında həbs etdilər. Vəkilimiz iştirak edirdi prosesdə, gəlib danışacaq. Cavanşir Məmmədovu anlayıram, puluna görə yanırdı.
Amma proses ərəfəsində deyilən məsələlər qaranlıq qalırdı. Hakimin hansı hökm oxuyacağını heç kim bilə bilməz. Görünür ki, olurmuş. Cavanşir Məmmədov demişdi ki, hökm verilən günü verilişə gələcəyəm. Deyirdi aldığım pul verilişdəkilərə paylanacaq. Amma sözünü tuta bilmədi.
Məhkənin qərarı müzakirə olunmur, çıxarılan hökmə hörmətlə yanaşırıq. Məhkəmənin aliliyinə inanan insan olmuşam. Hökmün öncədən bilinməsinin, onun 10 milyon qarşısında deyilməsinin tərəfdarı deyiləm. Bu məhkəmənin qərarına kölgə salır.
Cavanşir Məmmədov intizam alınacaq dedi, adamdan intizam alındı. Həbs olunacaq dedi və adam həbs olundu. "Bu maddə ilə heç kim onu qurtara biləməyəcək" dedi və elə də oldu".