Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Həcər klip çəkilişi üçün Moskvadan Bodruma getdi - FOTOLAR

Həcər klip çəkilişi üçün Moskvadan Bodruma getdi - FOTOLAR

Bir neçə ildir Moskvada yaşayan Azərbaycanlı müğənni Həcər Əliyeva yeni mahnısına klip çəkmək üçün Türkiyənin kurort şəhəri olan Bodruma yollanıb. 
 

SHOWNEWS.AZ xəbər verir ki, müğənni bu klipinə xeyli vəsait xərcləyəcək. O, klip çəkilişlərini  rejissor Xəyal Murtuzova həvalə edib və çəkilişlər üçün Bakıdan gəlib. 
 

Bir neçə məkanda baş tutacaq çəkilişlər üçün Həcər lüks yaxta da kirayələyib. Müğənninin obrazları üzərində isə İstanbuldan gələn stilist və vizajistlər çalışacaq. 
 

Müğənni klipdə arzuladığı formada görünmək üçün hələ bir neçə həftə bronzlaşacağını açıqlayıb.