Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yalnız tanıdığım insanların toyuna gedirəm, şou proqramlara isə ümumiyyətlə getmirəm”

“Yalnız tanıdığım insanların toyuna gedirəm, şou proqramlara isə ümumiyyətlə getmirəm”

"Qonorarsız iş görmürəm. Bütün işlərimdən qonorar alıram. Amma dəstəyim, yəni sponsor və təşkilat baxımından o qonorardan çox olur. Aktrisa kimi də istəyərəm ki, fəaliyyət göstərim. Bununla bağlı təkliflər var. Xoşuma gəlsə, bəlkə təklifi qəbul edərəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Gül kimi şou"da qonaq olarkən deyib. Uzun müddətdir efirə çıxmayan sənətçi qazancından danışıb:

"Qazancım bu sahədən deyil. Uzun illərdir ki, şəxsi biznesim var. Sənətlə bağlı işi yalnız təbim gələndə, istəyəndə görürəm. Toylara da çox zaman getmirəm. Yalnız istədiyim və tanıdığım insanların toylarına gedirəm və orada çıxış edirəm. Mənim də özüməməxsus "rayder"im var. Restoranlarda konsert proqramları ilə çıxış edirəm, amma orada olan şou-proqramlara getmirəm. Evdən küçəyə çıxmaq istəmirəm. Yalnız vacib işim olanda çıxıram".

Natavan şou-biznes nümayəndələri ilə münasibətindən söz açıb:

"Efirlərə çox çıxmağı sevmirəm. Kənara çəkilmək də olmur. Bütün verilişlərə də getmək olmur. Hansı müğənniyə maneə oluram ki? Hərdən hansısa məkanda 30-40 dəqiqəlik konsert proqramı ilə çıxış edirəm, sonra da gedirəm evə. Heç kimlə işim yoxdur və heç kimə dəymirəm, mane olmuram. Toylara gedib çörəyinizi əlinizdən almıram. Amma elə bil, yenə də nəsə düz etmirəm".