Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanması məsələsinə münasibət bildirib.
SHOWNEWS.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, R.Zərgərli həmin şəxsi tanımadıqlarını və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini söyləyib: "Jurnalist peşəsinə hörmətim var, əksəriyyəti savadlı və ədalətlidir. Amma bəziləri yalan, böhtan xarakterli, qərəzli, həqiqətə uyğun olmayan xəbər yayır. Şantaj edib, pul qazanmaq üçün əsassız xəbərlər yaymaqla, qarayaxma kampaniyası ilə məşğuldurlar. Peşəkar jurnalistlər bunu etmir. Yersiz sözlər işlətmək istəmirəm. Nəticədə hər kəs öz qabiliyyətinə görə hərəkət edir. Qısası onu deyim ki, faciəvi şəkildə dünaysını dəyişən Ramin Əliyevi mən tanımıram. Ölənə "Allah rəhmət eləsin" demək, bir insan kimi onun ailəsinə və yaxınlarına başsağlığı vermək lazımdır. O, Bənövşə Allahverdiyevaya ev bağışlamayıb. Onun yanında özünə qəsd etməyib. Bu, uydurma, yalan və böhtandır. Bu məlumatları yayanlar birinci Allah, ikinci qanun qarşısında cavab verəcəklər!".
Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. 36 yaşlı iş adamının Bənovşə Allahverdiyeva ilə münasibətdə olduğunu, ona məşhur yaşayış komplekslərinin birindən ev aldığı yazılıb. Hətta onun Bənövşənin yanında intihar etdiyi deyilib.
R.Əliyevin atası isə mediaya açıqlamasında oğlunun ölümü haqda bəzi iddialar irəli sürüb. O bildirib ki, oğlu əvvəl qayınatası ilə birlikdə işləsə də, sonradan özünə ayrı biznes qurub. O, övladının qayınatası Fərhad bəyin oğluna dəfələrlə mane olmağa çalışdığını deyib. O, R.Əliyevin həyat yoldaşı Samirənin biznesini onun adına keçirməsi üçün ona şantaj etdiyini söyləyib: "Oğluma dedi ki, ya yarısını mənim adıma keçir, ya boşanacam. Sonra Fərhadın oğlu Pərviz başladı ki, 50 faiz mənim olmalıdır. Samirə isə bu dəfə biznesin 100 faizini tələb edirdi. Oğlum ofisin yanında kirayə ev götürüb orada qalırdı. Qardaşına isə deyib ki, məni izləyirlər. Ayın 15-də Samirə gəlib oğlumun ofisinə. Ramin qapını örtüb söhbət etmək istəyəndə Samir qoymayıb. İçəridə şüşə sındırıb. Ramin qaçıb maşına tərəf. Maşının baqajını açanda silah səsi eşidilib və oğlum yıxılıb. Bilinmir oğlum vurulub, ya özünü öldürüb. Yalandan dedilər, intihar. Tüfənglə oğlum intihar edə bilərdi? Tüfənglə necə vurdu özünü?".