Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva son açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, İstanbulda Cahangir səmtində görüntülənən model yaxın zamanda ailə quracağını deyib.
O, "Xoşbəxtliyinizi nəyə borcluyuq" sualına belə cavab verib:
"Çünki yaxın zamanda ailə qururam. Evlilik təklifi almışam. Adı Daviddir".
Qeyd edək ki, Günay daha əvvəl türkiyəli aktyor Tolqa Karellə ailəli olub. Onların Cahangir adlı oğulları var.