Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb"

“Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb"

"Mədəniyyəti öldürürlər. Düşüklük, cılızlıq dəbdədir. Bunlar hamısı insanlığı, bizi məhvə aparır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri instaqramda canlı yayımda deyib. Sənətçi insanların bütün xatirələrini sosial şəbəkədə saxlamasından danışıb:

"Öz əlimizlə pulumuzu verib dijital dünyaya köçmüşük. Dünyamız sosial şəbəkələrdə keçir. Övladlarımızla, dostlarımızla oturanda belə hamının əlində telefon olur. Bizim fotolarımız, xatirələrimiz ancaq dijital aləmdədir. Əvvəl insanlara doğrunu çatdıran peyğəmbərlər var idi. İndi belə bir insan dünyaya gəlsə, dijital dünyaya bir virus ötürüb hər şeyi məhv etsə, görün nə olacaq: sizin bir kağız üzərində yazılan xatirəniz, fotonuz yoxdursa, real dünyada hər şeyi itirəcəksiniz. Xatirəsi olmayan insan insan deyil. Tarix nə qədər deformasiyaya uğrayıb? Hər gələn tarixi dəyişib. Amma buna baxmayaraq nənə nəvəyə danışmaqla tarixi bir-birinə ötürüb.  Bizim yaddaşımızı o qədər zibilləyiblər ki... Gün ərzində bizə lazımsız məlumatlar ötürülüb. Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb".