Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yüz ailəyə 5 min dollar ödədi

Yüz ailəyə 5 min dollar ödədi

Dünyaca məşhur müğənni Beyons təqdirəlayiq addım atıb.
 

39 yaşlı sənətçi sahibi olduğu “BeyGood” təşkilatı vasitəsi ilə pandemiya dövründə kirayə haqqını ödəməkdə çətinlik çəkən 100 nəfərə yardım əli uzadıb. Pop ulduz bunun üçün hər bir ailəyə 5 min dollar ayırıb.

Xeyriyyə təşkilatının məlumatına əsasən, bu, Beyonsun sözügedən vətəndaşlara Yeni İl hədiyyəsidir.

“Beyons və komandası xeyriyyə addımlarını davam etdirir. Ölkə daxilində insanlara qida, su, ev əşyaları və “COVID-19” testi kimi əsas ehtiyacları təmin edən təşkilatlara kömək etdik. Psixoloji dəstək mərkəzlərini də unutmadıq. 250-dən çox kiçik müəssisəyə bu günə qədər 10 min dollar qrant verildi. Davamı da olacaq”,- deyə “BeyGood”un açıqlamasında qeyd edilib.

Qeyd edək ki, müğənninin var-dövləti 335 milyon dollar dəyərindədir.