"Qanuna tabe olan adamam. Bilməliyəm ki, 8 ay Bakı şəhər Baş Polis İdarəsində istintaq işi gedib. Dörd ay da məhkəmə prosesi davam edib. Bilmirəm hansı maddədən söhbət gedir? Deyir ki, hardan bildi? Mən bilməliyəm ki, təqsirkara hansı maddə tətbiq edilib. Bunu bilməməliyəm? Şikayətçi mənəm və məndən başqa dörd adam da var".
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lalə Azərtaşın ünvanına söyləyib. Müğənni "Axşamdan axşama" verilişində küçmiş kürəkəni Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmədən söz açıb:
"Dəfələrlə deyildi ki, ödənişi et. Deyirsən ki, Kemal Mustafa İbilini iş adamıdır. Nəyə əsaslanıb iş adamı kimi təqdim edirsən?! Deyirsən ki, Cavanşir Məmmədovun kürəkənidir. Nikah kağızı var? Niyə şər atırsan? Düşünüb bir şey sənin ağzından çıxır. Belə olmaz...
Deyirsən ki, mən verilişin hakimiyəm. Hakim məhkəmədə, idman sahəsində olur. Aparıcı deməlidir ki, mən hakiməm? Biz bir ölkədə yaşayırıq, bir xalqın nümayəndələriyik".
Qeyd edək ki, C.Məmmədovun şikayəti ilə Mustafa İbili 6 il 6 ay azadlıqdan məhrum edilib. L.Azərtaş isə məhkəmə qərarını C.Məmmədovun əvvəlcədən bildiyini deyərək, qərarın şübhəli olduğunu bildirib.