Elşən Xəzər “Globalinfo.az”a açıqlamasında bu məlumatı təkzib edib.
“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, MOUZE telegram kanalı meyxanaçının İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirib.