Şair Cığatel İsaqızıya ağır itki üz verib.
Şairənin 10 yaşlı nəvəsi vəfat edib. Bu haqda şair Nazilə Səfərli məlumat yayıb. O bildirib ki, hadisə qəza nəticəsində baş vetib:
“Çox pis xəbər oldu, Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər. Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Çigatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb”.