"MTV Azərbaycan" kanalının baş rejissoru Şəhriyar Zeyn 4 ildir çalışdığı telekanaldan ayrılıb.
SHOWNEWS.AZ xəbər verir ki, öz istəyi ilə kanalla yollarını ayıran rejissor bu haqda sosial şəbəkədə paylaşım edib:
"Mtv ,mənim üçün doğma kanallardan biridir və bu belədə qalacaq!
Çünkü orda yaxınlarım ,dostlarım,xətri əziz olan insanlar var. Artıq 4 ildir ki, Baş rejissoru olduğum MTV televiziyasından öz istəyimlə ayrıldım. Bu müddət ərzində mənə bu vəzifəni etibar etdiyinə görə başda Həsən müəllim, Siyavuş müəllim olmaqla bütün rəhbərliyə,və digər yaradıcı heyyətə, aparıcılar,redaktorlar,rejissorlar,prodüserlər,müxbirlər,operatorlar,montajçılar və s.bütün işçi kollektivi, hər zaman mənə və işimə hörmətlə yanaşdığınız üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Hər birinizi ayrı-ayrılıqda çox istəyirəm. İnşallah, yeni mövsümdən sizə də, özümə də şanslı iş günləri arzu edirəm".