Müğənni Şəbnəm Qəhrəmanova bir neçə gündür yay tətil üçün Azərbaycanı tərk edib.
SHOWNEWS.AZ xəbər verir ki, müğənni istirahətindən paylaşımlar etsə də, harda olduğu barədə heç bir açıqlama vermir. Paylaşım etdiyi heç bir şəkildə belə olduğu şəhərin adını bəlli etmir.
Müğənninin izləyiciləri ondan harada dincəlməsi barədə suallar ünvanlasa da, o heç kəsə cavab vermir.
Ş. Qəhrəmanovanın paylaşımından bəlli olan odur ki, müğənni deyəsən təkliyə və hüzura çəkilmək istəyib.
Müğənni son paylaşımına "Hər şey gözəl olacaq" deyə, qısa şərh yazıb.