"Bu gün qardaşım Akif İslamzadənin ad günüdür. Məni səhnəyə çıxmağa, musiqilərimizi geniş auditoriya qarşısında ifa etməyə məcbur edən insan..."
OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "İnstagram" hesabında Azərbaycanın korifey sənətkarı, Prezidentin fərdi təqaüdçüsü Akif İslamzadənin doğum gününü təbrik edərkən yazıb.
A.İslamzadə ilə olan "Hər şey gözəldir həyatda" duetini paylaşan sənətçi bildirib ki, ondan həm çəkinib, həm də unatıb: "Bu dünyada çətin sənət yolu kimi, sonsuz məsuliyyət yükünü çiyinlərimə qoyan böyük musiqiçi, böyük şəxsiyyət. Ad gününüz mübarək olsun".