"1 həftəlik tətil edəcəyimi demişdim. 3-cü aydır şəhərləri gəzirəm və mən hələ ev üzü görmürəm. Çox darıxıram. İyunda Antaldaya oldum, iyulda Bodrumda, indi də Rusiya və Belarusiyanın şəhərlərindəyəm. İnanın tətildən yorulmuşam. Otel yeməklərindən, restoran yeməklərindən cana doymuşam. Qaxda anamın bişirdikləri üçün çox darıxmışam".
Tətilindən danışan sosial şəbəkə fenomeni Bayram Nurlu artıq gələn ayı da səyahətdə olacağını açıqladı:
"Guya özümə söz vermişdim ki, sentyabr ayını ancaq Qaxda dincələcəyəm. Misal var e, sən saydığını say, görən sayan nə sayır... Kimə də yox desəm, sevəndə mən fərqli oluram. Necə ki, ana öz körpəsinin nazını çəkir, mən də elə oluram. Sevgilim məni ailəsi ilə Malaziya və Hindistanı gəzməyə dəvət etdi. Yox deyə bilmədim. Sevgilimin 4 qardaşı var. Çox xoşbəxtəm. Qardaş arxadır, dayaqdır. Mənim qardaşım yoxdur. Kaş olardı... Bu səyahətdə demişəm onlar da gəlsin. Onlarla da yaxından tanış olmaq istəyirən. Həm də qaynatamla yaxşı yola gedirik. Çox zəhmli kişi olsa da, mənimlə çox mehribandır".