Ölkənin əsas fenomeni Bayram Nurlunun şəxsi həyatındakı mübahisələr bitmək bilmir. Bu dəfə də Bayram sevgilisi ilə münasibətində gərginlik yaşayır.
Sevgilisi ilə tətildə olarkən mübahisə edən fenomen tətilini yarıda qoyaraq ölkəyə qayıdıb. Hazırda ailəsi ilə Qaxda dincələn Bayramın sevgilisindən küsməyinə səbəb nişanına az qalmış ərəfədə Bayramın öncədən qərarlaşdırılan Fransada baş tutmalı olan mərasimin İtaliya ilə əvəzləmək istəməsidir ki, sevgilisi buna razılıq verməyib.
Bayram isə nişanında qayınlarından ən böyüyünün iştirak etməsi üçün Fransanı İtaliya ilə əvəzləmək istəyir. Fenomenin böyük qaynı işi ilə əlaqədar İtaliyadan Fransaya gələ bilməyəcək. Sevgilisi isə bütün işlərin artıq özəl şirkət ilə danışıldığını və nişan mərasimi üçün bütün ödənişlərin edildiyini vurğulayıb.
Hətta Bayram tətili yarıda qoyub vətənə dönərkən nişan üzüyünü sevgilisinə qaytarıb.
Qaynatası bu gün 3 dəfə Bayram Nurluya zəng etsə də, o, heç bir zəngə cavab verməyib. Xalaları ilə Qaxda istirahətdən videolar paylaşıb.
Qeyd edək ki, sevgilisinin 4 qardaşı olduğu üçün Bayram çox xoşbəxt olduğunu və həyatda hər zaman qardaş arzusunda olduğunu bildirib.