Müğənni Elnarə Xəlilovanın tələbəsi Kubra Quliyeva vəfat edib.
Bu haqda ifaçı özü məlumat yayıb. Sənətçi bildirib ki, Kubra xərçəngdən əziyyət çəkirdi:
"Keçən il bu vaxt sənin şəklini paylaşıb hər kəsdən əməliyyat üçün yardım istədik. Haqqınızı halal edin, dostlar, Kubramız bu gün haqqın rəhmətinə qovuşdu. Qisməti belə imiş. Allah rəhmət eləsin. Allah valideynlərinə, bacı və qardaşına, yaxınlarına səbr versin".
E.Xəlilova mərhumun apreldə lentə alınan videosunu yayımlayaraq "Video apreldə çəkilib. O cür şaqraq səsi olan, "Gülçöhrə"nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı. Taleyi belə yazılıbmış, canı qurtardı, mələk oldu" sözlərini əlavə edib.