Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ruslanın ailəsi şikayətçi deyil” - “Nikosayağı”nın dostu

“Ruslanın ailəsi şikayətçi deyil” - “Nikosayağı”nın dostu

"Ruslanın ailəsi Nicatdan şikayətçi deyil”.

 

Bu sözləri Oxu.Az-a açıqlamasında bloqer Nicat Şakirlinin yaxın dostu bloqer Ramal İsayev deyib.

Onun sözlərinə görə, Nicat Ruslanın ölümünü öyrəndiyi zaman anlıq şok yaşayıb:

 

"Nicat Ruslanın öldüyünü iki gün öncə bildi. Mən Bakıya dünən gəlmişəm, Ruslanın yas mərasimində idim. Bütün Gəncə üzgündür. Hamı onun xeyirxah əməllərindən danışır. Ruslan ancaq kasıbların dostu olub. Nicat Ruslanın ölümünə görə, özünü bağışlaya bilmir.

Ruslan da həmin gün maşınla olub. Maşını restoranların birinin qarşısında saxlayıb. Nicatın maşını ilə gediblər. Nicat deyir ki, "bəlkə onun avtomobili ilə getsəydik belə olmazdı”.

R.İsayev Nicatın son vəziyyətindən danışıb:

"Nicat hələ də reanimasiyadadır. Onu qoluna görə, palataya keçirmirlər. Nicat psixoloji sarsıntı yaşayır. O gün qardaşına deyir ki, "Nihat bax, qolum yoxdur”. Nə dostunun ölümünü, nə də qolunu itirməsini qəbullana bilmir”.

Bloqer Nicat Şakirlinin yaxın dostu son paylaşılan videodan da söz açıb:

"Sosial şəbəkələrdə yayılan görüntülər Nicatın əvvəl çəkdiyi görüntülərdir. O bir dəfə atdan yıxılıb, çiyni sınmışdı, mil qoyulmuşdu. Həmin vaxt video çəkib demişdi ki, "mən yaxşıyam uşaqlar, narahat olmayın”. Həmin videonu yeni zənn edənlər oldu. Lakin bu köhnədir”. 

"Ruslan və Nicatın ailəsi arasında gərginlik yaşanmayıb. Ruslanın ailəsi çox hörmətli ailədir. Dəfn olunan gün Nicatın ailəsi, qardaşı və qohumları orada idilər. Ruslanın ailəsi yasa gələn insanlara qarşı hörmətsizlik etməz. Ailələr arasında dava düşməyib. Mən Nicatın dostuyam. Nicatın dostu kimi yasa getdim. Ağır münasibət görmədim. Onlar da bilirlər ki, bu hadisə qəsdən olmayıb. Ümid edək ki, Nicata cəza düşməyəcək, azyaşlı övladı var. Ruslanın ailəsi də şikayətçi deyil. Bundan əminəm”, - deyə R.İsayev qeyd edib.