Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nagehanla Fərid arasında yenidən gərginlik artdı

Nagehanla Fərid arasında yenidən gərginlik artdı

Xəbər verdiyimiz kimi, bloger Nagehan Abdullayeva həyat yoldaşı Fərid Abdullayevlə yenidən bir araya gəldikləri haqda paylaşım etmişdi. 

Axşam.az-ın məlumatına görə, Nagehan barışığın qısa çəkdiyini açıqlayıb. O, yenidən paylaşım edərək son günlər çətin anlar yaşadığını, ayrılmaqda qərarlı olduğunu bildirib:

"Hüç vaxt, barışıq yoxdur. Bunu son dəfə yazıram. Son günlər nə yaşadığımı mən bilirəm. Amma keçəcək, yaxşı olacağam".

Bir neçə gün əvvəl isə Nagehan video paylaşaraq "Evli adamlarla danışan yazıqlar, sizə son xəbərdarlığımdır. Hamınızı bir-bir paylaşacağam" sözlərini deyib. Bu isə həyat yoldaşının ona xəyanət etməsi iddiasını ortaya atıb. 

Qeyd edək ki, Nagehan bir müddət əvvəl Türkiyəyə ailəsinin yanına qayıtmışdı. O, açıqlama verərək, Fəridlə ayrıldıqlarını və boşanma ərəfəsində olduqlarını deyib. Nagehan izləyicilərinin suallarına "Bu yolun qayıdışı yoxdur. Bu dəfə birdəfəlik bitdi" cavabını verib. Daha sonra isə Fərid İstanbula getmiş, Nagehan birlikdə şəkillərini yayımlayaraq "Ailə günü" şərhini yazmışdı. 

Xatırladaq ki, cütlüyün iki övladı var.