Aparıcı, aşpaz Ağakərim Əbülfəzoğlu "Xəzər TV" ilə yollarını ayırıb.
10 ildir kanalda yeməklə bağlı proqram aparan Ağakərim bir aydır bu qərarı verdiyini bildirib:
"Bu paylaşımı mənim üçün etmək çox çətindir. 1 aya yaxındır ki, sözün əsl mənasında depressiyadayam. "Xəzər TV" mənim üçün çox doğma və əzizdir. Lakin bu hekayə bura qədərmiş".
Qeyd edək ki, Ağakərim sözügedən kanalda "Mətbəxin ağası" proqramına aparıcılıq edirdi.